BAKI, 24 sentyabr. TELEQRAF

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verən Ankara şəhər bələdiyyəsinin sədri Mansur Yavaşın planı məlumat olub.

Teleqraf xəbər verir ki, bu barədə türkiyəli jurnalist Barış Yarkadaş məlumat verib.

“Mansur Yavaşın artıq prezidentliyə namizədlikdən imtina etdiyini düşünürəm. O, qarşıdakı günlərdə yeni şüarla ortaya çıxacaq. Həmin şüar da “Partiyamız Ankaradır” olacaq. Mansur Yavaş bəyan edəcək: “Mən bələdiyyə sədriyəm, bu vəzifəmi davam etdirirəm. Mənim sərhədlərim Ankaradır, bununla məşğulam”. Bu səbəbdən mən artıq Mansur Yavaşın prezidentliyə namizədlik məsələsində iddialı olmadığını düşünürəm”, - jurnalist bildirib.

Yarkadaş qeyd edib ki, Yavaşı incik salan CHP sədri Kamal Kılıçdaroğlu yox, partiyanın keçmiş rəhbəri Özgür Özəl və İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu olub:

“Yavaşın sentyabrın 9-da keçirdiyi görüşdən sonra İmamoğlu onu birbaşa tənqid etmişdi, ardınca İmamoğlunu dəstəkləyən media bir ağızdan “Tərəfini seç” deyərək təzyiq göstərmişdi. Əgər Yavaş hansısa təzyiq hiss edirdisə, buna CHP deyil, Özəl, İmamoğlu və onların ətrafı cavabdehdir.

Özəl Yavaşa sanki başqa partiyadan olan bələdiyyə sədriymiş kimi davranırdı və bu, həm Yavaşda, həm də CHP elektoratında narazılıq yaradırdı”.