BAKI, 25 sentyabr. TELEQRAF
“Avropanın ABŞ-nin İrana hücumlarına dəstəyi cavabsız qalmayacaq”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
Diplomat NATO baş katibi Mark Ruttenin ABŞ-nin İrana qarşı hücumlarını dəstəkləmək üçün Avropadakı bazalarından istifadə etməsi ilə bağlı açıqlamalarına cavab olaraq qeyd edib ki, Avropa məsuliyyətdən yayına bilməyəcək.
Qəribabadi vurğulayıb ki, Ruttenin açıqlamaları Avropanın ABŞ-nin hərbi kampaniyasına yardımını təsdiqləyir.
“Ərazilərini ABŞ-yə təhvil verən hökumətlər məsuliyyətdən yayına bilməyəcəklər. Bu iştirak cavabsız qalmayacaq”, - İran Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.