BAKI, 24 sentyabr. TELEQRAF

“Əgər ABŞ İrana qarşı yeni müharibəyə başlayarsa, Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında yeni cəbhə açıla bilər”.

Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin müşaviri general Yəhya Rəhim Səfəvi deyib.

“Növbəti mərhələdə müharibənin coğrafiyası Hind okeanına və digər bölgələrə qədər genişlənə bilər”, - o bildirib.

Səfəvi İranın Yəməndə üsyançı “Ənsarallah” Hərəkatını (husilər) dəstəklədiyini də etiraf edib:

“İranla Yəmənin (husiləri nəzərdə tutur – red.) ortaq maraqları və ortaq təhdidləri var. Biz yəmənliləri müdafiə edirik, yəmənlilər də bizi müdafiə edirlər. Yəmənə qarşı təhdid İrana qarşı təhdiddir”.