BAKI, 27 sentyabr. TELEQRAF
27 Sentyabr – Anım Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) kollektivi Zəfər abidəsini ziyarət edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Abidənin önünə gül dəstələri düzülüb, qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, 27 Sentyabr – Anım Günü kimi qeyd edilir.