BAKI, 27 sentyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hərbi təlimlər zamanı hərbçilərin həlak olması ilə əlaqədar müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilib ki, dövlət başçısının sərəncamı ilə Dauren Jümataeviç Kosanov müdafiə naziri vəzifəsindən azad olunub.
Qeyd edək ki, Kosanov 2025-ci ildə Qazaxıstanın müdafiə naziri təyin edilmişdi. O, sentyabr ayında Tokayev tərəfindən bu vəzifəyə yenidən təyin olunmuşdu.
Nazirin vəzifədən azad edilməsi Qazaxıstanın Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olmasından sonra baş verib.