BAKI, 27 sentyabr. TELEQRAF
UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk turunun ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.
Teleqraf xəbər verir ki, siyahıda Norveç millisinin hücumçusu Erlinq Holann, Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç, Almaniya millisinin qapıçısı Mark-Andre ter Ştegen və İspaniya yığmasının cinah oyunçusu Lamin Yamal yer alıb.
Holann Danimarka ilə oyunda iki qol vurub. Modriç Çexiya ilə qarşılaşmada 41 yaş 17 günlüyündə Xorvatiya millisinin tarixində ən yaşlı qol müəllifi olub. Ter Ştegen Niderlanda qarşı matçda 7 seyv edib. Lamin Yamal isə İngiltərə ilə görüşdə fərqlənib.
Mükafatın qalibi səsvermə başa çatdıqdan bir neçə gün sonra UEFA tərəfindən açıqlanacaq.