BAKI, 24 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Taif və Yanbu şəhərlərinə raket hücumunu dəf edib.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü general-mayor Türki əl-Maliki məlumat verib.

“Krallığın hava hücumundan müdafiə qüvvələri husilər tərəfindən buraxılan altı ballistik raketi məhv edib. Raketlər Taif və Yanbu şəhərlərindəki hədəflərə atılmışdı, hər iki halda da müdafiə sistemləri uğurla işləyib”, - o bildirib.

Türki əl-Maliki xəbərdarlıq edib ki, husilərin hərbi eskalasiyası Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın qətiyyətli cavabı ilə qarşılanacaq.