BAKI, 23 sentyabr. TELEQRAF
Yəmənin Qırmızı dəniz sahillərinin bəzi hissələri üsyançı “Ənsarallah” Hərəkatı (husilər) tərəfindən ələ keçirilərkən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mütəxəssisləri bölgədə olublar.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” mənbələrə istinadla məlumat yayıb.
Agentliyin mənbələri bildiriblər ki, SEPAH hərbçiləri husilərə əməliyyatın idarə olunmasında kömək ediblər.
“SEPAH mütəxəssislərinin bu əməliyyatda iştirakı 2014-cü ildə Yəməndə vətəndaş müharibəsi başlayandan bəri İranın husilərə dəstək məqsədilə etdiyi ən birbaşa müdaxilə olub”, - mənbə qeyd edib.