BAKI, 23 sentyabr. TELEQRAF
Hörmüz boğazında üzən yük gəmisinə raket zərbəsi endirilib.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı məlumat yayıb.
Hücumdan sonra gəminin bütün heyət üzvləri təxliyə edilib, hadisə nəticəsində iki nəfər yaralanıb.
Britaniya qurumu bildirib ki, müvafiq orqanlar hadisənin səbəbini və təfərrüatlarını araşdırır, hələlik heç bir ekoloji fəsad barədə məlumat yoxdur.
Təşkilat ilkin hesabatında gəminin adını, bayrağını, mənşəyini və təyinat yerini, eləcə də raket buraxılışının mümkün səbəbini qeyd etməyib.