BAKI, 26 aprel. TELEQRAF

“Hizbullahın pozuntuları praktiki olaraq atəşkəsi darmadağın edir”.

Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib.

Baş nazir vurğulayıb ki, Hizbullahın Livandakı hərəkətləri İsrail və Livan arasında əldə olunmuş atəşkəs razılaşmasını sarsıdır.

Qeyd edək ki, tərəflər arasında atəşkəs rejimi ötən cümə axşamı daha üç həftə müddətinə uzadılmışdı.

Hizbullah tərəfi isə atəşkəsi pozmaqla bağlı ittihamları "mənasız" adlandıraraq rədd edib. Livan qruplaşması öz növbəsində İsraili davamlı zərbələr endirməkdə və ərazidə hərbi mövcudluğunu saxlamaqla razılaşmanı pozmaqda günahlandırıb. Təşkilat bəyan edib ki, onun həyata keçirdiyi hücumlar yalnız İsrail tərəfindən törədilən pozuntulara qarşı müdafiə xarakterli cavab addımlarıdır.