BAKI, 6 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının ölkə iqtisadiyyatına gətirdiyi gəlirin miqdarını açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp sosial şəbəkə hesabında turnirin ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox töhfə verdiyini bildirib.

Onun sözlərinə görə, dünya çempionatının keçirilməsi 160 mindən çox iş yerinin yaradılmasına imkan verib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilib. Turnirin 78 matçına ABŞ ev sahibliyi edib.