Ötən gün İsrailin Livanın cənub hissəsinə təşkil etdiyi hücumlar nəticəsində azı yeddi nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hava reydləri zamanı 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar arasında üç uşağın da olduğu bildirilir.

Hazırda ərazidəki vəziyyətlə bağlı araşdırmalar davam edir.