BAKI, 26 aprel. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı rəsmilər, həmçinin iranlı və pakistanlı həmkarları ilə telefon vasitəsilə İran və ABŞ arasındakı danışıqlar prosesini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Bildirilib ki, aprelin 26-da nazir Hakan Fidan amerikalı vasitəçilərlə telefon danışığı aparıb. Görüş zamanı tərəflər ABŞ və İran arasındakı danışıqların mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar.
Mənbə həmçinin qeyd edib ki, şənbə günü axşam saatlarında H.Fidanın eyni məsələ ilə bağlı iranlı və pakistanlı həmkarları ilə də təmasları baş tutub:
“Aprelin 25-də Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistanın XİN başçısı İshaq Dar ilə ayrı-ayrılıqda telefon danışığı aparıb. Müzakirələr əsasən İran və ABŞ arasındakı danışıqlar prosesində baş verən son hadisələrə həsr olunub”.