BAKI, 26 aprel. TELEQRAF

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində həlak olanların sayı artmaqda davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər arasında atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri İsrailin davam edən hücumlarında 809 nəfər həyatını itirib, 1 236 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qurumun açıqladığı son statistikaya əsasən, İsrailin 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 72 585 nəfərə çatıb.