BAKI, 19 aprel. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın İranı nüvə sahəsindəki hüquqlarından məhrum etmək cəhdlərini kəskin tənqid edərək, bunun üçün heç bir əsasın olmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.

Məsud Pezeşkian ABŞ-ın mövqeyini qeyri-qanuni adlandıraraq Trampa sual ünvanlayıb:

"Tramp deyir ki, İran nüvə hüquqlarından istifadə edə bilməz, lakin bunun hansı cinayətə görə olduğunu açıqlamır. O kimdir ki, bir milləti öz hüquqlarından məhrum etsin?"

Qeyd edək ki, İran və ABŞ arasında nüvə sazişinin gələcəyi və qarşılıqlı sanksiyalar ətrafında müzakirələr beynəlxalq birliyin diqqət mərkəzində qalmaqda davam edir.