BAKI, 28 fevral. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin ölkəyə davam edən hava hücumları fonunda Tehrandan çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Nazirin təhlükəsiz yerə köçürüldüyü bildirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi haqqında ölüm xəbəri yayılan Abbas Əraqçinin sağ-salamat olduğunu açıqlayıb.