BAKI, 12 oktyabr. TELEQRAF

Fələstinli məhbuslar İsrailə qaytarılacaq girovların sərbəst buraxılmasından sonra azad ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi Şoş Bedrosyan brifinq zamanı məlumat verib.

Onun sözlərinə görə, “Fələstinli məhbuslar yalnız İsrail bütün girovların sərhədi keçərək ölkəyə daxil olduğunu təsdiqlədikdən sonra azad olunacaqlar”.

Bedrosyan əlavə edib ki, təsdiq alındıqda, məhbuslar artıq avtobuslara yerləşdiriləcək və dərhal yola düşəcəklər. Bu proses 13 oktyabr tarixində planlaşdırılıb.