BAKI, 7 sentyabr. TELEQRAF
Ukrayna tərəfdaşlarla birgə Freyja anti-ballistik raket proqramının icrası ilə bağlı addımlar atır və özünün uzaqmənzilli imkanlarını fəal şəkildə qurur.
Teleqraf xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Pprezident Volodimir Zelenskinin bəyanatına istinadən məlumat yayıb.
O, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüşdə hərbi hazırlıq məsələlərinin müzakirə edildiyini deyib: "Freyja birgə anti-ballistik proqramının hazırlanmasında iştirak edən dövlət və şirkət səviyyələrində tərəfdaşlarla görüşlər keçiriləcək. Həmçinin əlavə dərin zərbə imkanlarımızı inkişaf etdirmək üzərində işləyirik".
Prezident əlavə edib ki, bu işin nəticələri Ali Baş Komandana təqdim olunacaq: "Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi qərarların icrasına nəzarəti təmin edir və Rusiyanın zərbə dronlarına qarşı mübarizə və müvafiq istehsal proseslərinin sürətləndirilməsi ilə bağlı əvvəlki qərarlarımızın 100 faiz işləməsi vacibdir".
Qeyd edək ki, Fire Point şirkəti Freyja layihəsini 2027-ci ilin ortalarına qədər yekunlaşdırmağı planlaşdırır. Artıq 13 Avropa şirkəti bu layihəyə qoşulub.