BAKI, 7 sentyabr. TELEQRAF

“İranın Bəsrə körfəzi ölkələrinə hücumları bu dövlətlərin təhlükəsizliyini konyunktur maraqları müqabilində alver predmetinə çevirmək cəhdidir”.

Teleqraf xəbər verir ki, bunu Livan xarici işlər naziri Yusif Raci Ərəb Liqasının toplantısında deyib.

Nazir əlavə edib ki, “Hizbullah” dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, İranın təhriki ilə Livanı ard-arda iki müharibəyə sürükləyib.

“Livan cəsarətli qərarlar tələb edən həlledici mərhələdədir”, - Yusif Raci vurğulayıb.