SUMQAYIT, 7 sentyabr. TELEQRAF
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, qəza Sülh prospektində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan 4 minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərə ziyan dəyib, bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadalarının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Qəzanın hansı səbəbdən baş verdiyi müəyyənləşdirilir.