BAKI, 8 sentyabr. TELEQRAF
Ukraynada keçirilən danışıqlara ABŞ nümayəndə heyəti ilə yanaşı, Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndələri də qoşulub.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “X” hesabında bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri liderlərinin milli təhlükəsizlik üzrə köməkçiləri Ukraynada ABŞ nümayəndə heyətinə qoşularaq növbəti addımların razılaşdırılmasında iştirak edirlər.
Uitkoff qeyd edib ki, ABŞ nümayəndə heyətində Prezident Donald Trampın kürəkəni Cared Kuşner də yer alır.
Bundan əvvəl Uitkoff Moskva və Kiyevə səfərlərinin yekunları ilə bağlı Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirmişdi.