BAKI, 8 sentyabr. TELEQRAF

ABŞ hərbçiləri İran limanlarının dəniz blokadasını bərpa etdikdən sonra 94 kommersiya gəmisinin hərəkət istiqamətini dəyişdirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“7 sentyabr tarixinə CENTCOM qüvvələri 94 kommersiya gəmisinin istiqamətini dəyişdirib, üç gəmini sıradan çıxarıb, daha iki gəmiyə isə qüvvə çıxarıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ İran limanlarına gedən və oradan çıxan gəmilərə qarşı dəniz blokadasını iyulun 14-də bərpa edib. CENTCOM-un rəsmi məlumatına görə, blokada İran limanları və sahilyanı ərazilərinə hərəkət edən gəmilərə şamil olunur. (centcom.mil)

Sentyabrın 6-da ABŞ qüvvələrinin istiqamətini dəyişdirdiyi kommersiya gəmilərinin sayı 92 idi.