BAKI, 8 sentyabr. TELEQRAF
Böyük Britaniya hökumətinin İordan çayının Qərb sahilində İsrailin yaşayış məntəqələri salması ilə əlaqədar yeni sanksiyalar elan edəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Qəzetin məlumatına görə, məhdudiyyətlərin ABŞ administrasiyasının və Britiyada hakim Leyboristlər Partiyasının bəzi üzvlərinin etirazlarına baxmayaraq tətbiq olunması planlaşdırılır.
Sanksiyaların sentyabrın 8-də Baş nazir Endi Börnemin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müzakirə ediləcəyi, daha sonra xarici işlər naziri Ed Milibendin parlamentdə açıqlama verəcəyi bildirilir.
Nəşr qeyd edir ki, tədbirlər konkret fiziki və ya hüquqi şəxslərə qarşı maliyyə sanksiyalarını nəzərdə tutmaya bilər. Bununla belə, İordan çayının Qərb sahilindəki İsrail yaşayış məntəqələrində fəaliyyət göstərən şirkətlərlə ticarətin qadağan edilməsi mümkündür.
Xatırladaq ki, iyunda Böyük Britaniya Avstraliya, Kanada, Yeni Zelandiya, Norveç və Fransa ilə birlikdə Qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsi və məskunlaşanlar tərəfindən zorakılığın artması ilə əlaqədar bir fiziki şəxs və altı şirkətə sanksiya tətbiq etmişdi.
BMT Təhlükəsizlik Şurası 2016-cı ildə qəbul etdiyi 2334 saylı qətnamə ilə İsrailin yaşayış məntəqələri salması fəaliyyətinin dayandırılmasını tələb edib.