BAKI, 7 sentyabr. TELEQRAF

ABŞ qışda Ukrayna və Rusiya arasında gərginliyi azaltmaq imkanlarını araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Axios"a verdiyi müsahibəsində bildirib.

Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukraynanı zəiflətmək üçün qəddar qışa ümid etdiyinə inanır.

Zelenski əmindir ki, Putin gərginliyin azaldılmasını istəməsə belə, ABŞ ona təzyiq göstərə bilər.

Prezident Kiyevdə Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşdə "ruslar danışıqlara hazırdır" mesajını aldığını deyib.

Zelenskinin sözlərinə görə, Uitkoff və Kuşner də bəzi yeni ideyalar irəli sürüblər. O, təfərrüatı açıqlamayıb. Müzakirələr Rusiya və Ukraynanın qışdan əvvəl və qışda potensial gərginliyi azaldılmasına yönəlib.

“Enerji qurğuları və taxıl təchizatı, neft və qaz ixracı ilə bağlı fikirlər var. Bizim Rusiya ilə fərqli baxışlarımız var ”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, məqsəd qışdan əvvəl və ya qış ərzində "tərəfləri sülhə yaxınlaşdıra biləcək" addımlar tapmaq olacaq.