BAKI, 7 sentyabr. TELEQRAF

İsrailin Livanın cənubundakı Nəbatiyyə əyalətinə endirdiyi hava hücumları nəticəsində son üç gündə 27 nəfər həlak olub, 69 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb:

"Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 4381-ə, yaralıların sayı isə 12402-yə çatıb".

Səhiyyə Nazirliyi qeyd edib ki, İsrail təyyarələri Livan hava məkanını tərk etmir. Günortadan sonra onlar Kfar Tibnit və Nabatieh əl-Favqa şəhərlərinə hava hücumlar həyata keçiriblər. Bu hücumların nəticələri barədə hələlik heç bir məlumat yoxdur.

Sərhəd bölgələrində Əl-Mansuri və Hula yaşayış məntəqələri bombardman edilib və mülki əhali arasında itkilərə səbəb olub.