BAKI, 8 sentyabr. TELEQRAF

Yəmənin Marib əyalətinin şimalında yerləşən qaçqın düşərgəsinə raket hücumu nəticəsində azı iki nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Hədəs” telekanalı məlumat yayıb.

Bildirilib ki, husilərin düşərgəni atəşə tutması nəticəsində azı iki yeniyetmə həyatını itirib, daha bir neçə nəfər yaralanıb.

Telekanalın məlumatına görə, “Ənsar Allah” hərəkatının tərəfdarları məcburi köçkünlərin yerləşdirildiyi düşərgəyə ballistik raketlə zərbə endiriblər.

Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. 2026-cı ilin yayında ölkədə vəziyyət yenidən kəskinləşib.