BAKI, 7 sentyabr. TELEQRAF
“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə obyektlərinə girişi təxminən bir ildir dayandırılıb”.
Teleqraf xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi deyib.
“Agentlik son bir il ərzində İranın nüvə materiallarının və ya qurğularının vəziyyəti barədə nə İslam Respublikasından məlumat alıb, nə də sahə yoxlama aparmaq üçün bu obyektlərə çıxış əldə edib”, - beynəlxalq agentliyin rəhbəri vurğulayıb.