BAKI, 8 sentyabr. TELEQRAF
Almaniya kansleri Fridrix Merts ölkəsinin Rusiyaya qarşı hazırkı siyasi kursunu dəyişmək niyyətində olmadığını bildirib.
Teleqraf xəbər verir ki, kansler bunu keçirdiyi mətbuat konfransında deyib.
“Hazırda azadlığımızı, o cümlədən Rusiyadan müdafiə etməli olduğumuza dair əsas mövqeyimdən bir millimetr belə geri çəkilməyəcəyəm”, - Merts vurğulayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Berlinə qarşı cavab tədbirlərini şərh edərkən ikitərəfli münasibətlərin pisləşməsinə görə Almaniya hakimiyyətini məsuliyyət daşımaqda ittiham edib.