Yəmən hakimiyyəti 2015-ci ildən bəri Yəmən üsyançı hərəkatı Ənsar Allah (Husilər) tərəfdarlarının əlində olan ölkənin rəsmi paytaxtı Səna üzərində nəzarəti ələ almaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə " Əl-Cəzirə" telekanalı məlumat verib .

Yəmən çüdafiə nazirinin köməkçisi bildirib ki, Sənanın azad edilməsi qərarı verilib. Bu məsələ ilə bağlı başqa açıqlama verilməyib.

Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurma 2014-cü ilin avqust ayından bəri davam edir. 2026-cı ilin yayında ölkədə vəziyyət yenidən gərginləşdi. 14 avqustda Ənsar Allah Qırmızı dəniz sahilindəki Mocha limanına kütləvi raket hücumu edərək onun fəaliyyətini tamamilə dayandırdı.