BAKI, 7 sentyabr. TELEQRAF
“İran Silahlı Qüvvələri ABŞ-ni istənilən vaxt yerə sərə bilər”.
Teleqraf xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şəhram İrani deyib.
“Müxtəlif missiyalar zamanı hərbi gəmilərinin əməliyyat qabiliyyəti uzunmüddətli iflic edərək, düşməni təəccübləndirmişik. Düşmən bu gün İran Silahlı Qüvvələrinin əməliyyat təşəbbüslərindən ciddi narahatdır. Əldə edilmiş irəliləyişləri nəzərə alaraq, zərurət yaranacağı təqdirdə düşməni istənilən vaxt və istənilən nöqtədə yerə sərə bilərik. Düşmənin təlqinlərinin iradəmizə və inamımıza təsir göstərməsinə imkan verməyəcəyik”, - İrani qeyd edib.