BAKI, 8 sentyabr. TELEQRAF
Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə sentyabrın 7-də Aşağı Quşçu-Qovlar avtomobil yolunda qeydə alınıb.
2004-cü il təvəllüdlü Rüstəmov Nurlan Şıxəli oğlu idarə etdiyi “Kia Sorento” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil 2004-cü il təvəllüdlü Qasımov Əkbər Ələddin oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “Mercedes-Benz”in sürücüsü Əkbər Qasımov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
***
23:06
TOVUZ, 7 sentyabr. TELEQRAF
Tovuzda ölümlə nəticələnən yol qəzası olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hdisə rayonun Aşağı Quşçu kəndində baş verib.
"Mercedes" markalı avtomobillə digər minik maşını toqquşub. İlkin məlumata görə, hadisə zamanı bir nəfər ölüb, yaralılar var.