BAKI, 12 oktyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Qəzza ilə bağlı keçiriləcək "Sülh Sammiti"ndə iştirak etmək üçün Misirə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edək ki, sammitin məqsədi Qəzza zolağındakı münaqişəyə son qoymaq, Yaxın Şərqdə sülh və sabitlik səylərini gücləndirmək, həmçinin bölgədə təhlükəsizlik və sabitlik istiqamətində yeni bir mərhələ açmaqdır.

Tədbirdə Rəcəb Tayyib Ərdoğanla yanaşı, ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla 20-dən çox ölkə liderinin iştirak edəcəyi gözlənilir.