BAKI, 2 oktyabr. TELEQRAF
Misirin xarici işlər naziri Bədr Abdelati cümə axşamı bildirib ki, Qahirə, Qətər və Türkiyə Fələstinin HƏMAS hərəkatını ABŞ Prezidenti Donald Trampın Qəzza planını qəbul etməyə razı salmaq üçün çalışırlar.
Teleqraf xəbər verir ki, Fransa Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edən Abdelati bildirib: "Biz onlarla görüşürük. Bildiyiniz kimi, HƏMAS-ı bu plana müsbət cavab verməyə inandırmaq üçün Qətərdəki qardaşlarımızla, eləcə də Türkiyədəki tərəfdaşlarımızla koordinasiyalı şəkildə işləyirik edirik".
O bildirib ki, Misir heç bir halda Qəzza sakinlərinin köçürülməsinə icazə verməyəcək.
"Əhalinin köçürülməsi baş verməyəcək, çünki köçkünlük Fələstin davasının sonu deməkdir. Biz heç bir halda bunun baş verməsinə icazə verməyəcəyik", - Abdelati bildirib.