BAKI, 8 sentyabr. TELEQRAF

“Fənərbağça”nın prezidenti də, idarə heyəti də şəxsən tanıdığım, hörmət etdiyim insanlardır. Əlbəttə, vaxt tapa bilsəm, həm “Turan Tovuz”u, həm də “Fənərbağça”nı izləmək üçün Tofiq Bəhramov adına Respublika stadionunda olmağa çalışacağam”.

Bunu Teleqraf-a açıqlamasında “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer növbəti ay Bakıda baş tutacaq “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq oyunu barədə suala cavab verərkən deyib.

Daha əvvəl “Beşiktaş” Futbol Klubunda idarə heyətinin üzvü, daha sonra vitse-prezidenti vəzifəsində çalışmış türkiyəli funksioner sözügedən matçda heç bir komandaya azarkeşlik etməyəcəyini bildirib:

“Mənim rəngim "ağ-qara"dır. Ona görə həmişə Azərbaycanda “Neftçi”ni, Türkiyədə isə “Beşiktaş”ı dəstəkləyirəm. Ən azından Bakıdakı oyun bir dostluq matçıdır, burada rəqabət yoxdur. Bir gözəllik, futbol tamaşası var. “Fənərbağça” Azərbaycana gəlir, “Turan Tovuz” kimi dəyərli komandamızın dəvəti ilə gəlirlər. Tovuz klubunun prezidenti Ehtiram Quliyev çox hörmət və sevgi duyduğum insandır. İnşallah, orada gözəl bir coşğu olacaq, azarkeşlərə gözəl futbol həyəcanı yaşatacaqlar. Bu oyunun tərəfi olmaz”.

Cenk Sümer “Neftçi”nin gələcəkdə Türkiyə klubları ilə qarşılaşma ehtimalı barədə fikirlərini də bölüşüb:

“İnşallah, olar. “Neftçi” “Beşiktaş”la da oynasa, “Fənər”lə və ya “Qalatasaray”la da oynasa, mən “Neftçi” azarkeşiyəm. Ona görə ürəyimiz “Neftçi” ilə vuracaq”.

Qeyd edək ki, “Turan Tovuz” - “Fənərbağça” görüşü oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.