
BAKI, 3 mart. TELEQRAF
Yaponiyalı hakim Yuji İvasava Beynəlxalq Ədalət Məhkəməsinin sədri seçilib.
Teleqraf xəbər verir ki, bu barədə məhkəmənin mətbuata açıqlamasında deyilir.
O, bu vəzifəyə yanvarın 14-də Livanın baş naziri olmaq üçün vəzifəsini tərk edən Navaf Salamın istefasından sonra seçilib.
Salamın sədrlik müddəti 2027-ci il fevralın 5-də başa çatmalı idi. Həmin vaxta qədər Yuji İvasava da sədr vəzifəsini icra edəcək.
İvasava 2018-ci il iyunun 22-dən məhkəmənin üzvüdür. O, əvvəllər Tokio Universitetində beynəlxalq hüquq professoru vəzifəsində çalışıb və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub.