BAKI, 3 mart. TELEQRAF

Meksikanın Nayarit ştatının Bahia de Banderas şəhərində yüngül təyyarə qəzayə uğurayaraq üçmərtəbəli yaşayış binasının üzərinə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə “Tribuna de la Bahia” qəzeti məlumat yayıb.

Təyyarə naməlum səbəbdən uçuş-enmə zolağından 300 metr aralıda yaşayış binasına çırpılaraq ikiyə bölünüb.

Onun bir hissəsi evin terasına, digər hissəsi isə yaxınlıqdakı boş sahəyə düşüb.