BAKI, 3 mart. TELEQRAF

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Avropanın müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa ehtiyacı olduğunu və hazırladıqları yenidən silahlanma planını sabah üzv ölkələrə çatdıracağını söyləyib.

Teleqraf xəbər verir ki, Ursula fon der Leyen bu barədə Brüsseldə keçirilən Avropa avtomobil sənayesinin gələcəyi ilə bağlı strateji dialoq toplantısından sonra mətbuata açıqlama verib.

Martın 6-da Brüsseldə Ukrayna və müdafiə mövzusunda keçiriləcək fövqəladə zirvə toplantısına intensiv hazırlaşdığını bildirən Von der Leyen Avropanın yenidən silahlanması planı ilə bağlı sabah Aİ ölkələrinə məktub göndərəcəyini də qeyd edib.

"Şübhəsiz ki, müdafiə xərclərinin böyük artımına ehtiyacımız var", - deyə o söyləyib.

Qalıcı sülhün ancaq güc üzərində qurula biləcəyinə diqqət çəkən Von der Leyen sabah üzv dövlətlərə təqdim olunacaq planın məqsədinin bu olduğunu bildirib.