BAKI, 3 mart. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun ilk oyununda “Səbail və “Şamaxı” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “ASCO Arena”da baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

FİFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada hesabı 41-ci dəqiqədə Vasili Bakiç açıb. 63-cü dəqiqədə isə Andrey Tirkoveanu fərqlənib.

Bu qələbədən sonra baş məşqçi Ayxan Abbasovun komandası xallarını 24-ə çatdırıb və turnir cədvəlində "Sumqayıt"ı keçərək 7-ci pilləyə yüksəlib. Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv isə 18 xalla son pillədə qalıb.

Qeyd edək ki, günün ikinci qarşılaşmasında “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq görüş saat 19:30-da start götürəcək. "Kimyaçılar" Ağdam təmsilçisini məğlub edəcəyi təqdirdə "Şamaxı"nı keçərək yenidən 7-ci pilləyə sahiblənəcək.