
BAKI, 26 fevral. TELEQRAF
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ ilə bağlı İrana heç bir məlumat verməyib.
Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Həmkarım Sergey Lavrov Rusiya ilə ABŞ arasında danışıqlar və regiondakı digər ölkələrlə əlaqələr barədə bizə ətraflı məlumat verdi. Lakin bu görüşdə ABŞ-dən heç bir mesaj verilmədi və heç bir razılaşma olmadı ki, müəyyən bir mesaj ötürüləcək", - o qeyd edib.
Nazir bildirib ki, İran artıq illərdir ABŞ sanksiyaları altındadır və heç bir məhdudiyyətə məhəl qoymadan inkişaf yolunu seçib.
Qeyd edək ki, fevralın 25-də xarici işlər naziri Sergey Lavrov İrana işgüzar səfər edib.