BAKI, 26 fevral. TELEQRAF
Xocalı soyqırımının 33-cü ildönümü münasibəti ilə Birləşmiş Millətlər Təşkilatının qarşısında maarifləndirmə kampaniyası keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi sosial şəbəkə hesabında paylaşım edib.
Məlumata görə, kampaniya Nyu-Yorkun başqa yerlərində də keçirilib.