BAKI, 26 fevral. TELEQRAF

Sabah Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətva veriləcək.

Bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, ilahiyyatçı-alim Fuad Nurullayev deyib.

"Sabah Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlaması münasibəti ilə tədbir keçiriləcək, elə tədbirdə də fətva veriləcək", - F. Nurullayev bildirib.