
BAKI, 26 fevral. TELEQRAF
"Pegasus Hava Yolları"nın təyyarəsi İngiltərənin Mançester şəhər aeroportuna təcili eniş edib.
Teleqraf xəbər verir ki, bu barədə İngiltərənin “Mirror” qəzeti məlumat yayıb.
İstanbuldan gələn təyyarənin enişdən bir qədər əvvəl həyəcan siqnalı göndərdiyi müəyyən edilib. Şahidlər təyyarənin tüstüləndiyini bildiriblər.
Təyyarənin hidrolik sistemində nasazlıq olduğu bildirilir. Hadisə nəticəsində heç kim xəsarət almayıb. İngiltərənin aviasiya mütəxəssisləri təhqiqata başlayıblar.