
BAKI, 26 fevral. TELEQRAF
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax istefa verib.
Teleqraf xəbər ki, BOK-un İcraiyyə Komitəsi onun prezident vəzifəsindən istefasını qəbul edib.
Məlumata görə, qərar iyunun 23-dən sonra qüvvəyə minəcək. Bax 10 ildən atrıq BOK-a rəhbərlik edib.
Qurumun yeni rəhbərinin adı BOK-un martın 18-21-də Afinada baş tutacaq toplantısında bəlli olacaq.
BOK prezidenti postu uğrunda 7 namizəd mübarizə aparır. Bunlar Faysal Əl-Hüseyn (İordaniya), Sebastyan Koe (Böyük Britaniya), Kirsti Koventri (Zimbabve), Xuan Antonio Samaranç (İspaniya), Yohan Elias (İsveç), David Lapartian (Fransa) və Morinari Vatanabedir (Yaponiya).