TBİLİSİ, 26 fevral. TELEQRAF

“Xocalıda törədilmiş dəhşətli qətliamı bağışlamaq olmaz”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarixçi Quram Marxuliya Tbilisidə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbirində çıxışında deyib.

Onun sözlərinə görə, Xocalıda törədilmiş vəhşiliklər o qədər dəhşətlidir ki, tələbələrinə qətliam barədə danışanda onlar sona qədər dinləyə bilmirlər.

Tarixçi, həmçinin bildirib ki, Azərbaycan dövləti və xalqı tarixi torpaqlarının işğalda qalması ilə heç zaman barışmayacaqdı.

“Azərbaycanda uşaqlar və gənclər vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Dost və qardaş xalq əzəli torpaqların azad olunmasını bayram edir. Ümid edirəm ki, gün yetişəcək və Gürcüstan da Azərbaycan kimi ərazi bütövlüyünün bərpasına nail olacaq”, - Q.Marxuliya söyləyib.