BAKI, 25 fevral. TELEQRAF

"Qəzza zolağında yerləşən HƏMAS və “İslam Cihadı” İsraillə mübarizə aparmaq üçün bu dəfə Suriya ərazisindən istifadə edir".

Teleqraf xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar deyib.

“HƏMAS və “İslami Cihad” Suriyada fəaliyyət göstərir. Onlar orada İsrailə qarşı yeni cəbhə yaratmağa çalışırlar”, - nazir qeyd edib.

Bundan əlavə, o, Suriya hökumətinin yeni quruluşunu və Prezident Əhməd Şəranı tənqid edib.

“Suriya hakimiyyətində cihadçı-islamçı-terrorçu qruplaşmalar var. Hamı bilir ki, Əhməd Şəra kimdir. Onlar hərtərəfli deyillər, qisas alır və kürdlərə zərər verirlər. Biz sərhəd təhlükəsizliyini riskə atmayacağıq”, – Saar vurğulayıb.