BAKI, 26 fevral. TELEQRAF

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan və Bakı sülh sazişinin 17 bəndindən 15-i üzrə razılığa gəliblər, qalan iki məsələ üzrə danışıqlar davam edir.

Teleqraf xəbər ki, bu barədə TASS məlumat yayıb.

Paşinyan vurğulayıb ki, tərəflərin hələ də razılığa gələ bilmədikləri iki maddədən biri sərhədlərə üçüncü ölkə qoşunlarının yerləşdirilməsi, digəri isə beynəlxalq məhkəmələrdəki mübahisələrlə bağlıdır.

20.18

"İrəvan Bakıya həm erməni, həm də Azərbaycan xalqları üçün məqbul olan təkliflər verib".

Teleqraf TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Xatırladaq ki, dünən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlamasında bildirmişdi ki, ölkəsi Azərbaycandan sülh sazişi layihəsinə cavab alıb.

O, həmçinin qeyd edib ki, kommunikasiyaların blokdan çıxarılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi ilə bağlı təkliflər cavabsız qalır.