
BAKI, 26 fevral. TELEQRAF
Türkiyə Ordusu PKK/YPG terror təşkilatının 6 üzvünü məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Suriyanın şimalında və "Barış pınarı" bölgəsində 6 PKK/YPG terrorçusu öldürülüb.
"Hədəfimiz terrorçuların olduğu yerdir", - deyə nazirliyin məlumatında qeyd olunub.