BAKI, 25 fevral. TELEQRAF

İsrailin “Kan” telekanalı ​​ABŞ-dən olan yəhudilərin Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə Suriyaya səfər etdiyini bildirib.

Teleqraf xəbər verir ki, nümayəndə heyəti keçən həftə ABŞ-də yerləşən qeyri-kommersiya təşkilatı Suriya Fövqəladə Hallar üzrə İşçi Qrupunun koordinasiya etdiyi səfər çərçivəsində Dəməşqdəki yəhudi məkanlarını gəzib.

Heyət üzvləri arasında ABŞ-dəki Suriya yəhudi icmasının lideri ravvin Yusuf Həmra, onun oğlu Henri Həmra və Miçiqan ştatının Ann Arbor şəhərindəki Yəhudi Federasiyasından ravvin Aşer Lopatin də olub.

“Kan” nümayəndə heyətinin Əl-Franc sinaqoqunda Tövrat oxuduğunu, kitab rəflərinə baxış keçirdiyini və qəbiristanlıqda dua oxuduğunu bildirib.

“Suriyadakı insanların yəhudilərin Suriyaya qayıtmalarını istədiklərini gördük”, - Lopatin səfərdən sonra deyib.