BAKI, 25 fevral. TELEQRAF

Suriyada daxili siyasi vəziyyət hələ də sabit deyil, ölkənin bəzi bölgələrinin separatizmə təhrik edilməsi çox təhlükəlidir və yolverilməzdir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdikləri mətbuat konfransında bildirib.

"Suriyada hər şey sadə deyil və bəzən döyüşlərə gətirib çıxaran mübahisələr hələ də qalır. Biz əlimizdən gələni edəcəyik ki, vəziyyət sakitləşsin və nə Suriya xalqı, nə də bizim üçün təhlükə yaransın. Bu kontekstdə, ölkənin ərazi bütövlüyü prinsipial olaraq vacibdir və son illərdə bu ölkənin bəzi bölgələrinin separatizmə təhrik edilməsi tamamilə yolverilməz və çox təhlükəlidir”, - o qeyd edib.