BAKI, 26 fevral. TELEQRAF

PKK terror təşkilatının Suriyadakı qanadlarından biri PYD-nin lideri Saleh Müslüm PKK lideri Abdullah Öcalanın gözlənilən çağırışa əməl edəcəklərini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu açıqlamanın bölgədəki proseslərə təsir edəcəyini bildirib.

“Öcalan xalqların xeyri üçün çağırış edəcək. Bu çağırışla Yaxın Şərqdə yeni bir proses başlayacaq.

İndiyə qədər nə etmişiksə, bunu cənab Öcalanın paradiqması çərçivəsində etmişik. Bundan sonra da bunu davam etdirəcəyik”, - Müslüm deyib.

PYD (“Demokratik Birlik” Partiyası) PKK-nın Suriyadakı siyasi uzantısıdır. YPG/SDQ isə PKK-nın bu ölkədəki silahlı qanadıdır.

Xatırladaq ki, Öcalanın rəhbərlik etdiyi terror təşkilatını silahlı mübarizəni dayandırmağa və ya tərksilah olmağa çağıracağı gözlənilir.